“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Zirə” ilə cavab matçının hazırlığını başa vurub.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb.

Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

“Neftçi” – “Zirə” oyunu dekabrın 20-si saat 19:00-da “Bakcell Arena”da keçiriləcək. Bu komandalar arasında dekabrın 8-də Zirə İdman Kompleksinin stadionunda baş tutmuş ilk matçda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp