“Qəbələ”nin kapitanı Ürfan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırmalarından danışıb. Cavab oyununda yeganə qolla qalib gələn bölgə təmsilçisi ümumi hesabda 3:2 üstün olaraq yarımfinala yüksəlib.

Futbolinfo.az-a açıqlama verən təcrübəli müdafiəçi bunları deyib: “Son matçlarda “Qarabağ”a qarşı pis oynamamışdıq. Özümüzə inam var idi və meydana çıxıb vuruşduq. Doğma meydanda əlimizdən gələni etdik. Sevinirəm ki, istəyimizə nail olduq. Kuboku qazanmaq məsələsinə gəlincə, hələ bu barədə danışmaq üçün tezdir. Qarşıda 2 yarımfinal matçı var”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp