“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.

Futbolinfo.az xəbər verir ki, yanvarın 2-də Antalyada bir araya gələcək “Zirə” burada “İC Green Palace” otelində məskunlaşacaq.

“Qartallar” toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.

“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp