Bu gün ölkə kubokunun ¼ final mərhələsinin cavab oyununa çıxacaq “Turan Tovuz”da ciddi itkilər var. Komanda 6 əsas heyət üzvü olmadan mübarizə aparacaq.

Futbolinfo.az xəbər verir ki, “Kəpəz”lə matçda Natan Oduva və Eltun Turabov cəzalı olduğu üçün forma geyməyəcək. Xulu Siyanda, Ben Aziz Dao, Henri Okebuqvu və Cavid Tağıyev isə zədə üzündən kənarda qalacaq. Qərb derbisini buraxacaq legionerlərin sayı 5-ə də çıxa bilər. Belə ki, Runi Eva da son çempionat matçında sıradan çıxıb və oynayıb-oynamayacağı matç saatında dəqiqləşəcək.

“Kəpəz”də də ciddi itki var. Cəzalı Giorgi Kantariyanın yoxluğu orta sahədə komandanın oyununa təsir edəcək.

Xatırladaq ki, Gəncədəi ilk matçda “Turan Tovuz” 2:1 hesabı ilə qalib gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp