“Qarabağ”ın hücumçusu Musa Qurbanlının “Poqon”a keçmək ehtimalı ötən həftənin əsas xəbəri idi. Futbolçunun atası, eyni zamanda çıxış etdiyi komandanın baş məşqçisi Qurban Qurbanov da belə variantın olduğunu deməklə yazılanların həqiqət olduğunu təsdiqləmişdi.

Düzdür, ortada rəsmi təklif yoxdur, amma Polşa klubu maraqlanıbsa, deməli, məsələ müqavilə imzalanmasına kimi gedə bilər. Mahir Emrelinin eyni marşrutla “Legiya”ya getdiyini nəzərə alsaq, polşalıların marağı ciddi qəbul olunmalıdı. Anton Krivotsyukun da “Visla”da çıxış etdiyini unutmamalıyıq. Azərbaycan Premyer Liqası bu ölkədə diqqət mərkəzindədir.

Qurbanovun təsdiqindən sonra “Poqon” klubunun prezidenti Yaroslav Mrozçeklə danışmaq qərarına gəldik. Klub rəhbəri geniş açıqlama verməsə də, hücumçuyla maraqlandıqlarını təsdiqlədi. Amma o, futbolinfo.az-açıqlamasında “Biz bu futbolçu üçün hələlik rəsmi təklif göndərməmişik”, deməyi də lazım bildi.

Mrozçek əlavə şərhə ehtiyac duymadı, hadisələrin gedişini gözləməyi məsləhət bildi.

musa qurbanliii - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp