“Kəpəz” bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Turan Tovuz”un qonağı olacaq. İlk oyunda 1:2 hesabıyla uduzan gəncəlilər cavab matçında vəziyyəti dəyişməyə çalışacaq.

Klubun mətbuat xidməti qarşıdakı görüşöncəki Tural Rzayevin fikirləri öyrənib. Təcrübəli yarımmüdafiəçi Qərb derbisində qalib gələrək, mərhələ keçmək istədiklərini deyib: “İlk oyunda məğlub olmağımıza baxmayaraq, mərhələni keçmək istəyirik. Bilirik ki, bizi çətin oyun gözləyir. Ona görə cavab matçında daha yaxşı çıxış etməliyik. Buna gücümüz çatar. İlk oyunda Tovuz klubu bizi məğlub edə bilibsə, təkrar görüşdə biz də onlara qalib gələ bilərik. Düşünürəm ki, buna mane olacaq bir səbəb yoxdur. Hazırlıqlarımız yaxşı keçib. Tapşırıqlar verilib və necə oynamalı olduğumuzu bilirik. Həftə ərzində də bunun üzərində işləmişik. İnşallah, matçda bunu həyata keçirərək qalib gələn və mərhələ keçən tərəf biz olarıq. Azarkeşlərimiz də yarımfinala çıxmağımızı çox istəyirlər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp