Almaniya futbolunun əfsanələrindən olan Lotar Matteus Lionel Messini tarixin ən yaxşı oyunçusu hesab etmir. O, ümumiyyətlə heç kimin bu ada layiq olmadığını düşünür.

Futbolinfo.az xəbər verir ki, veteran futbolçu argentinalını dahi sayanlarla razılaşmır: “Çoxları onu futbol tarixinin ən böyüyü hesab edir. Lakin mən özüm bu titulu bir nəfərə aid saymıram. İstər Pele olsun, istər Dieqo Maradona, istər Ronaldo, istər Frants Bekkenbauer və ya başqa biri. Heç bir fərqi yoxdur. Futbol tarixində böyüklər var və hər kəs tarix kitabında öz izini qoyub”.

Almaniya yığmasının başqa bir tanınan siması Mihael Ballak və Bastian Şvaynştayger isə Messinin mükafatlandırma mərasimindəki geyimini tənqid edib. Onlar qətərlilərə aid geyimdə kubok almasına görə argentinalını qınayıb.

Şvaynştayger: “Leo bu cansıxıcı geyimi daha sonra, paltardəyişmə otağında geyinə bilərdi. Messinin özünün də bu geyimlə rahat olduğunu zənn etmirəm. Mənə görə bu foto heç də yaxşı olmadı”.

Ballak: “Messinin geyindiyi cansıxıcıdır. O, hər zaman öz fiziki hazırlığı və davamlı oyunu ilə özünü sübut edir, lakin bu cür fotolar futbol tarixində qalır. Sən öz formanı təmsil edirsən, forman isə təmiz olmalıdır”.

639f670617aca909689c4a28 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp