Hajime Moriyasu tarixə düşdü. O, buna postunda qalmaqla nail oldu.

Futbolinfo.az xəbər verir ki, Moriyasu Yaponiya milli komandasının baş məşqçi postunda qalıb. Yerli futbol federasiyası onun DÇ-2022-dəki işindən razı qaldığı üçün müqavilə növbəti mundialın sonunadək yenilənib.

Məşqçinin tarixə düşməsinə gəlincə, o, tarixdə ilk çalışdırıcıdır ki, hansısa mundial bitdikdən sonra postunu qoruyur. Komandanı çətin qrupdan pley-offa çıxardığı üçün çalışdırıcının işinə davam etməsi məsləhət bilinib.

Moriyasu 2018-ci ilin avqustundan etibarən Yaponya millisinin baş məşqçisidir.

Shares: