Pyotr Zelinski “Napoli”dən ayrılmaq istəyir. Mövsüm bitdikdən sonra yarımmüdafiəçi İtaliya klubundan ayrılacaq.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı polşalı özünü başqa çempionatda sınamaq istəyir. Neapollular da bu ayrılığın əleyhinə deyil. Yaxşı təklif gələcəyi təqdirdə yarımmüdafiəçi satılacaq.
2016-cı ilin avqustundan “Napoli” forması geyən futbolçunun komanda ilə ilyarımlıq müqaviləsi var. Bugünədək yalnız A Seriyasında oynamış Polşa yığmasının üzvünün əvvəlki komandası “Udineze” olmuşdu.