“Səbail”in baş məşqçi postundan ayrılan Mahmud Qurbanovun köməkçiləri də eyni addımı atıb. Zaur Ramazanov, Tofiq Mustafayev və Elşən Poladov artıq Bayıl təmsilçisində çalışmayacaq.

Futbolinfo.az xəbər verir ki, klubun yaydığı açıqlamada baş məşqçinin istefa verdiyi göstərilib. Belə olan halda ona təzminat ödənilməməlidir. Amma sən demə, rəhbərlik onu bu addımı atmağa razılaşdırıbmış. Qurbanova növbəti 3 ayın maaşı ödəniləcək.

Bildiyiniz kimi, artıq “dənizçilər”in yeni baş məşqçisi də bəllidir. Şahin Diniyev bu gün Qurbanovun boşaltdığı posta təyinat alıb. Onunla müqavilənin müddəti və s. detallar açıqlanmır.

Shares: