Brahim Dias “Real”a qayıdacaq. Yayda futbolçunun ikiillik icarə müqaviləsi bitir və “Milan” onu birdəfəlik transfer etmək niyyətində deyil.

Futbolinfo.az xəbər verir ki, madridlilər 2019-cu ildə “Mançester Siti”dən aldığı hücumçudan fayda görməyib. 2025-ci ilə kimi müqaviləsi olan Mərakeş əsilli oyunçu “Real”a qayıdan kimi ya satılacaq, ya da başqa bir kluba icarəyə veriləcək.

“Milan” Marko Sportiyellonu da heyətinə qata bilməyəcək. Qapıçıya ehtiyacı olan “rossonyerlər” çox çalışsa da, “Atalanta” bu futbolçunu rəqib düşərgəyə buraxmaq istəmir. “Milan” 7 milyon avro ödəməkdənsə, yayı gözləyib Markoya azad agent kimi sahib çıxmağı düşünür.

Shares: