Serbiyada 2022-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu ada İngiltərənin “Fulhem” klubunun hücumçusu Aleksandr Mitroviç layiq görülüb.

Bu, 28 yaşlı futbolçunun ikinci belə tituludur. O, ilk dəfə 2018-ci ildə Serbiyada ən yaxşı futbolçu elan edilmişdi.

Serbiya yığmasında 79 oyuna 52 qol vurmuş Mitroviç 2018-ci ildən “Fulhem”in uğurları üçün çalışır. O, daha öncə “Nyukasl”, “Anderlext”, “Partizan” və “Teleoptik” kimi klubların da uğurları üçün çalışıb.

Shares: