PSJ yarımmüdafiəçisi Marko Verratti ilə müqaviləni yeniləyib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki anlaşmanın müddəti 2024-cü ilin yayında bitəcəkdi.

İtaliya yığmasının da üzvü olan Verratti 2012-ci ilin iyul ayından PSJ-də forma geyinir. O, Paris təmsilçisində 398 oyun, 11 qol vurub, 48 məhsuldar ötürmə müəllifi olub.

Shares: