Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan qış fasiləsindən istifadə edən “Qarabağ”ın hücumçusu Musa Qurbanlı hazırda Fransada səfərdədir.
Futbolinfo.az xəbər verir ki, Parisdə istirahətdə olan futbolçu bu fürsətdən istifadə edərək Liqa-1-in ötən axşam keçirilmiş PSJ – “Strasburq” görüşünü (2:1) canlı izləyib.
Musa oyuna Argentina millisi və PSJ-nin hücumçusu Lionel Messinin formasında gedib.
O, bu barədə şəkli “İnstagram” hesabında paylaşıb.