Kilian Mbappe Lionel Messi ilə dueli haqda danışıb. O, mundialın finalında uduzduğu ulduzun arzusuna çatdığını bildirib.

Futbolinfo.az xəbər verir ki, fransalı hücumçu PSJ-dəki komanda yoldaşı ilə görüşündən danışıb: “Matç bitən kimi Leonu təbrik etdim. Bu, onun həyatının axtarışı idi. Mən də eyni həvəsdə idim, amma uduzduq. Ondan fərqli olaraq, mənim hələ dünya kubokunu qazanmağa vaxtım olacaq. İndi klubdakı uğurlara birgə köklənəcəyik. Yeni uğurlar qazanmaq üçün Messinin komandaya dönüşünü gözləyirik”.

Xatırladaq ki, DÇ-2022-nin finalında Fransa və Argentina milliləri üz-üzə gəldi. Mbappenin het-trik etdiyi matç 3:3 hesabıyla bitdi, penaltilərdə Messinin komandası qalib gəlib dünya çempionu oldu. Dünən isə Neymarın komandasını azlıqda qoyduğu oyunda Kilianın son dəqiqə qolu PSJ-yə Liqa 1-də qələbə qazandırdı. İstirahətdə olan Messi hələ komandanın məşqlərinə qoşulmayıb.

Shares: