Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatında bu gün blits yarışlarına start veriləcək.
Futbolinfo.az xəbər verir ki, kişilərin mübarizəsində 12 tur, qadınların duelində 9 tur oynanılacaq.
Turnirdə Azərbaycanı kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.
Xatırladaq ki, mükafat fondu 1 milyon ABŞ dolları olan dünya çempionatı dekabrın 30-da başa çatacaq. Ötən gün rapid növündə qaliblər müəyyənləşib.