Ötən mövsümü “Sumqayıt”da keçirən Vüqar Bəybalayev klubunu dəyişmək niyyətindədir. Futbolinfo.az-ın məlumatına görə, o, hazırda “Zirə” və “Turan Tovuz”la danışıqlar aparır.
Bəybalayev “gənclik şəhəri” təmsilçisi ilə də buna görə müqaviləsini qarşılıqlı şəkildə pozub.
29 yaşlı yarımmüdafiəçinin Tovuz təmsilçisinə keçidi daha real görünür.