“Çelsi” Nikolo Barellaya ehtiyat variant kimi baxır. Aleksis Makallisterin transferi alınmasa, londonlular B planını işə salacaq.
Futbolinfo.az xəbər verir ki, “zadəganlar” Argentina millisinin üzvünü transfer etmək üçün səylərini gücləndirib. “Brayton”la 2025-ci ilədək müqaviləsi olan cinah oyunçusu İngiltərə paytaxtına köçməyə razıdır. Klublar arasında anlaşma olsa, dünya çempionu yanvarda ünvanını dəyişəcək.
Amma “Çelsi” Barella ilə təmaslarını da davam etdirir. “Brayton” qiymətdə endirim etməsə, “İnter”in müdafiəçisi ilə danışıqlar başlayacaq. Milanlılar 2026-cı ilin yayınadək müqaviləsi olan 25 yaşlı oyunçunu satmağa hazırdır. İtaliya klubu milli komandanın üzvü üçün 70 milyon avro tələb edir.
“İnter” bu itki ilə indidən barışıb. Təsadüfi deyil, Nikolonun yerinə Davide Frattezi ilə danışıqlar başlayıb. Milanlılar “Sassuolo”nun 23 yaşlı futbolçusu üçün bu klubun qapısını döyüb.