Karlo Ançelotti Braziliya millisinin baş məşqçi postuna namizəd olması ilə bağlı yeni açıqlama verib. O, heç bir təklif almadığını dilə gətirib.

Futbolinfo.az xəbər verir ki, italiyalı gəzən söz-söhbətə rəğmən, rəsmi təklif almadığını bildirib: “Nə baş verdiyini bilçirəm. Braziliyalılardan kimsə mənə yaxınlaşmadı, əlaqə saxlamadı. Futbol federasiyasından heç kimlə danışığım olmayıb. Doğrusu, belə olması yaxşıdır. Çünki mən “Real”da qalmaq istəyirəm”.

Ançelottinin təklif gələcəyi halda cavabı da bəllidir: “İmkan olsa, karyeramı Madriddə bitirəcəm. Heç bir klubun hər hansı təklifinə görə “Real” rəhbərliyindən getmək üçün icazə istəməyəcəm”.

Don Karlo bu gün keçirdiyi mətbuat konfransında qışda transfer etməyəcəklərini də bildirib: “Yanvarda oyunçu almağa ehtiyacımız yoxdur. Bizim üçün bazar bağlıdır, bəzi oyunçularla vidalaşmağımız isə mümkündür. İstedadlı gənc Endrik ilə müqavilə bağladıq. Bu gün üçün ən yaxşı addımı atdığımızı düşünürəm. 2024-də bizə qoşulacaq, amma biz indidən onun gəlişi üçün həyəcanlıyıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp