Xviça Kvaratsxeliya “Real” azarkeşi imiş. Gürcüstan millisinin hücumçusu İtaliya mətbuatına müsahibəsində bu barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, “Napoli”nin üzvü Kriştianu Ronaldoya heyranlığından da söz açıb: “Uşqalıqda sevimli oyunçum Quti idi. Onun oyun tərzini bəyənirdim. Qutidən sonra kumirim Ronaldo oldu. Həmişə “Real” azarkeşi olmuşam”.

Xviça millimizin sabiq üzvü Badri Kvaratsxeliyanın oğludur. O, bu mövsümdən İtaliya A Seriyasının liderinin formasını geyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp