Özbək futbolçu İtaliyada ünvanını dəyişir. Eldar Şomuradovun keçidi tezliklə rəsmiləşəcək.

Futbolinfo.az xəbər verir ki, Özbəkistan millisinin üzvü “Roma”nın əsas heyətində özünə yer edə bilməyincə başqa kluba keçməyə qərar verib. Ona bir neçə A Seriyası təmsilçisi müştəri olsa da, ən real təklif “Torino”dan gəlib.

2021-ci ildə “Cenoa”dan “Roma”ya gələn forvardın paytaxt klubu ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. Lakin “canavarlar” yayda onu sərbəst buraxmağa hazırdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp