Nqolo Kante fikrini dəyişib. “Çelsi” ilə müqavilə müddətini uzatmaqdan imtina edən dayaq yarımmüdafiəçisi indi başqa fikirdədir.

Futbolinfo.az xəbər verir ki, franasalı orta sahə oyunçusu Londonda qalmaq istəyir. Klubla münasibətləri qaydasına salan Kante müzakirələri bərpa edib. O, mövsüm bitməmiş yeni anlaşma imzalaya bilər.

Bir müddət zədəli olan yarımmüdafiəçi yayda bitəcək müqaviləsini uzatmaq istərmirdi. O, azad agentə çevrilib mövsüm bitəndən sonra başqa kluba getmək niyyətindəydi. “Barselona” ilə danışıq aparan oyunçu indi Londonda qalmaq fikrinə düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp