“Səbail”in yeni baş məşqçisi Şahin Diniyevin köməkçilərinin siyahısı dəqiqləşib.

Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, Diniyev vaxtilə birgə çalışdığı köməkçilərindən Azər Məmmədovla Elmir Xankişiyevi paytaxt klubuna dəvət edib.

Onun daha bir köməkçisi öz oğlu Kərim Diniyev olacaq. Qapıçılarla iş üzrə məşqçi funksiyasını isə Fuad Əsədov yerinə yetirəcək.

Şahin Diniyevin Xaliq Mərdanovu da “Səbail”ə gətirəcəyi gözlənilirdi. Lakin hazırda “Kəpəz”in əvəzedicilərinə rəhbərlik edən Mərdanovun paytaxt klubuna keçidi baş tutmayıb.

Diniyev “Şamaxı”ya icarəyə verilmiş müdafiəçi Adil Nağıyevi də “Səbail”ə qaytarıb. O, milli üzvünə ehtiyacı olduğunu bildirib. Bu üzdən də futbolçu əyalət klubundan ayrılaraq “dənizçilər”in düşərgəsinə dönüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp