Rusiyanın “Krasnodar” klubu Kadi Borgesin transferi ilə bağlı “Qarabağ”la razılığa gəlib.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı braziliyalı yanvarın 12-də Dubayda Rusiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Klubun təlim-məşq toplanışı Dubayda olduğu üçün Kadi birbaşa ora yollanacaq.

“Krasnodar” Kadi ilə 3,5 illik sözləşmə imzalayacaq. “Sambaçı”nın Rusiya təmsilçisində alacağı illik məvacib “Qarabağ”da aldığından 10 dəfə çox olacaq.

“Krasnodar” “Qarabağ”a da 5 milyon avro ödəyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp