Futbol üzrə Qətər yığmasının baş məşqçisi Feliks Sançes istefa verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Tərəflər müqavilənin müddətini artırmamağa qərar veriblər. İspaniyadan olan 47 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib.
Feliks Sançes 2017-ci ildən Qətər yığmasına rəhbərlik edirdi. Onun rəhbərlik etdiyi komanda məhz bu ölkədə təşkil olunmuş DÇ-2022-də A qrupunda mübarizə aparıb. Hər üç oyununda məğlub olan Qətər millisi sonuncu yeri tutub və qrupda qalıb.