Kriştianu Ronaldonun “Əl-Nəsr”ə keçidi rəsmiləşdi. Portuqaliyalı ulduz rəami imzanı atdı.

2.5 mövsümlük rəsmi müqavilə bağlayan Ronaldo hər mövsüm üçün 200 milyon avro (2.5 mövsüm üçün ümumən 500 milyon avro) gəlir əldə edəcək.

Ronaldo artıq ilk açıqlamanı da verib: “Fərqli bir liqada və fərqli bir ölkədə yeni təcrübə üçün həyəcanlıyam. Klubun futbola baxış layihəsi insana ilham verir. Komandanın daha çox uğur əldə etməsi üçün yeni komanda yoldaşlarıma kömək etmək üçün səbrsizlənirəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp