“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi braziliyalı Alessandro Pinheiro Martins Juniorla müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sözləşməyə əsasən, 23 yaşlı yarımmüdafiəçi iki il komandanın formasını geyinəcək.
Qeyd edək ki, oyunçu son olaraq Litvada “Babrunqas”ın formasını geyinib.