Uruqvay millisinin hücumçusu Luis Suaresin yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını “Qremio”da davam etdirəcək.
Bu barəfə Braziliya klubunun rəsmi saytı məlumat yayıb. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Suaresin 2022-ci ilin yayından Uruqvay “Nasional”ında çıxış edirdi. Onun bu klubla müqaviləsi ilin sonuna qədər idi.