“Barselona”nın müdafiəçisi Kataloniya təmsilçisinin heyətində La Liqada 300-cü oyununa çıxıb.

Futbolinfo.az xəbər veir ki, 33 yaşlı müdafiəçinin yubileyi İspaniya çempionatının 15-ci turu çərçivəsində baş tutan “Espanyol”la oyuna təsadüf edib.

Kataloniya derbisi Albanın “Barselona” ilə La Liqadakı 300-cü oyunu kimi tarixə düşüb. O, kataloniyalıların heyətində 300 çempionat matçına çıxan 12-ci futbolçudur. Rekord isə ötən ilin yayında “Barselona”dan ayrılan Lionel Messiyə məxsusdur. Argentina millisinin üzvü bu komandanın heyətinəd La Liqada 520 oyun keçirib.

Shares: