Belçikanın “Brügge” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Skott Parker çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssis bir neçə gün öncə istefaya göndərilmiş Karl Höfkensi əvəz edib.

Xatırladaq ki, Parker son olaraq “Bornmut”u çalışdırıb. O, daha öncə “Fulhem”ə də rəhbərlik edib.

Xatırladaq ki, “Brügge” ÇL-in 1/8 finalında “Benfika” ilə qarşılaşacaq. Sözügedən komanda Belçika çempionatında 18 turdan sonra 34 xalla 4-cü pillədə qərarlaşıb.

Shares: