Türkiyənin 1-ci liqasında mübarizə aparan “Yeni Malatyaspora yeni baş məşqçi təyin olunub.
Futbolinfo.az xəbər verir ki, Malatya təmsilçisini bundan sonra Yılmaz Vural çalışdıracaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 69 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
“Yeni Malatyaspor” TFF 1-ci liqada 15 xalla 19 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Türkiyədə bir çox klubda çalışmış Yılmaz Vuralın son iş yeri “Ərzurumspor” olub.