Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, birinci yeri 22 qolla Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi tutub.
İkinci yerdə Kilian Mbappe, üçüncü yerdə isə Xulian Alvares qərarlaşıb.
- Lionel Messi (Argentina) – 22 qol
- Kilian Mbappe (Fransa) – 21
- Xulian Alvares (Argentina) – 15
- Erlinq Haland (Norveç) – 14
- Sadio Mane (Seneqal) – 14
- Robert Levandovski (Polşa) – 13
- Pedro (Braziliya) – 13
- Eldor Şomurodov (Özbəkistan) – 12
- Rişarlison (Braziliya) – 12
- Məhəmməd Salah (Misir) – 12
- Kərim Benzema (Fransa) – 12