“Sabah” növbəti transferə hazırlaşır. Masazır təmsilçisi vaxtilə “Real”da oynamış Xese Rodrigesi heyətinə qatmağa çalışır.

2011-2016-cı illərdə “Kral klubu”nun heyətində çıxış edən sol cinah hücumçusu PSJ, “Stok Siti”, “Betis”, “Sportinq” kimi klubların da şərəfini qoruyub. Hazırda Türkiyə Superliqasında çıxış edən “Ankaragücü”nün futbolçusu olan Xese Rodriges bu klubda 16 matça 5 qol vurub (bizimmedia).

“Sabah”la futbolçunun meneceri arasında danışıqlar uğurla gedir və yaxın günlərdə futbolçunun klubla müqavilə bağlayacağı gözlənilir. Türkiyəyə “Las Palmas”dan gəlmiş 29 yaşlı ispan Azərbaycana köçməyin əleyhinə deyil.

Xese “Real”ın əsas heyətinddə 63 matç çıxaraq 13 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp