Qrem Potterin vəziyyəti yaxşı deyil. “Çelsi”nin baş məşqçisi ardıcıl uğursuz oyunlardan sonra bu gün rəhbərlik qarşısında hesabat verməyə çağırılıb.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqada liderlər qrupundan uzaq düşən London təmsilçisinun dünən “Nottingem Forest”i yenə bilməməsi (1:1) rəhbərliyin səbr kasasını daşırıb. Nəticə bir yana, komandanın oynadığı futbol da ümid vermir.
Ötən il sentyabrən 9-da “Çelsi”nin baş məşqçisi təyin olunan Potter “Brayton”da uğurlu işi ilə seçilmişdi. Bu səbəbdən onunla 2027-ci ilin yayına kimi müqavilə bağlandı. İlk 3 matçda qələbələri sıralayan Potter, sonrakı 7 matçda cəmi 1 qələbə görüb – 3 heç-heç, 3 məğlubiyyət.
Xüsusilə səfər oyunlarında uğursuz nəticələr sıralandığından rəhbərlik məşqçini hesabat verməyə çağırıb.