Xosep Qvardiola “Mançester Siti”dən ayrıla bilər. O, mü qaviləsinin bitməsini gözləmədən bu addımı atacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə ispan məşqçi özü danışıb: “Müqavilənin bitməsini gözləmək lazım deyil. Birşeylərin doğru getmədiyini görsəm, özüm istefa verəcəm və ya müqaviləni yeniləməyəcəm. Aleks Ferqyusson və ya Arsen Venger kimi uzun müddət klubda qalmayacam. Müqavilə yalnız bir kağız parçasıdır”.
Qvardiola indiki durumdan məmnundur: “Müqavilə müddətini uzatdım. Çünki komandamın rəhbərliyim altında hələlik yaxşı çıxış etdiyini görürəm və daha yaxşı olacağıq. Lakin hər şey nəticəyə bağlıdır. Nələrinsə doğru getmədiyini görsəm, qovulmadan özüm gedəcəm”.