Antalyaya yollanacaq “Kəpəz”in təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunları keçirəcəyi rəqiblər müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, yanvarın 14-də baş tutacaq ilk görüşdə “sarı-göylər” Macarıstanın “MTK Budapeşt” kollektivi ilə üz-üzə gələcəklər.

Bundan iki gün sonra Tərlan Əhmədovun yetirmələri Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaqlar. Ayın 18-də reallaşacaq son matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.

Shares: