Almaniyanın “Frayburq” klubu mərkəz müdafiəçisi Keven Şlotterbeki Bundesliqanın digər təmsilçisi “Bohum”a icarəyə verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

25 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.

Şlotterbek 2017-ci ildən “Frayburq”da çıxış edir. Müdafiəçi 2019-2020-ci illərdə “Union Berlin”də də icarədə oynayıb.

Shares: