Fransanın “Olimpik” (Lion) klubu yarımmüdafiəçisi Floran Da Silvanı Niderland “Volendam”ına icarəyə verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin rəsmi saytı məlumat yayıb.

19 yaşlı fransız futbolçu 2023-cü ilin 30 iyununa qədər icarədə olacaq.

Floran Da Silva Lion “Olimpik”inin öz yetirməsidir. Gənc futbolçu daha öncə “Villfranş”da da icarədə oynayıb.

Shares: