Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələcək “Turan Tovuz” yanvarın 7-də Antalyaya yola düşəcək.

Futbolinfo.az xəbər verir ki, artıq komandanın hazırlıq çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarının tarixləri də bəlli olub.

Belə ki, “Turan Tovuz” ilk olaraq yanvarın 9-da “Petrolul”la qarşılaşacaq. Yanvarın 13-də baş məşqçi Ayxan Abbasov İsveçrə “Aarau”su ilə oyunda komandanı sınaqdan keçirəcək. Antayla təlim-məşq toplanışında son oyun isə yanvarın 17-də Polşa “Qurnik“inə (Zabrje) qarşı olacaq.

“Turan Tovuz” yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.

Shares: