İngiltərənin “Nottingem Forest” klubunun yarımmüdafiəçisi Cessi Linqard uzun müddətə sıradan çıxıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu Premyer Liqanın 17-ci turu çərçivəsində baş tutan “Mançester Yunayted”lə səfər matçında (0:3) zədələnmişdi.
Müayinələr nəticəsində ingilis futbolçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Linqard bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirib.