“Nitsa”nın hücumçusu Kasper Dolberq icarə əsasında formasını geyindiyi “Sevilya”dan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı forvard bundan sonra “Hoffenhaym”ın uğurları üçün çalışacaq.

Fransa klubu onu Almaniya təmsilçisinə də icarəyə verib. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Danimarkalı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə Bundesliqa təmsilçisinə keçib.

Dolberq 2019-cu ilin avqustundan “Nitsa”nın formasını geyinir. O, Fransa təmsilçisində keçirdiyi 3 mövsüm ərzində 85 oyunda 24 qola imza atıb. İspaniyada ümidləri doğrultmayan futbolçu bu mövsüm “Sevilya”da cəmi 8 oyuna çıxıb və qol vurub. Hücumçu Danimarka yığmasında da 40 matça çıxıb və 11 qol vurub.

Shares: