“Zirə” PFK bu gündən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yerli futbolçularla hazırlığa başlayıb.

Legionerlər isə iki gün sonra düşərgəyə qoşulacaq.

Xatırladaq ki, “qartallar” toplanış müddətində 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 10-da Rumıniyanın “Çindia”, 17-də isə Macarıstanın “Szeged-Csanad” və Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq.

“Zirə” yanvarın 18-də təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

Shares: