Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Sebastyen Haller sosial şəbəkə hesabında paylaşım edib.
Futbolinfo.az xəbər verir ki, uzun müddətdir xərçənglə mübarizə aparan və bu səbəbdən müalicə alan futbolçu artıq komanda ilə məşqlərə başlayıb.
O, bu barədə aşağıdakı sözləri yazıb: “Hər kəsin yeni ili mübarək! Bu il mənim üçün çox yaxşı başladı. Çünki yavaş-yavaş yaşıl meydanlara qayıdıram. Ötən il mənim üçün asan keçmədi. Lakin 2022-ci il məni yeni il üçün hazırladı. Hamınızı görməyi səbirsizliklə gözləyirəm”.
28 yaşlı hücumçu 2022-ci ilin yayında 35 milyon avroya “Ayaks”dan “Borussiya”ya keçib. Lakin iyul ayında futbolçuya xərçəng diaqnozu qoyulub. Bu üzdən də o, iki dəfə əməliyyat olunub.