“Zirə” daha bir futbolçusu ilə yolları ayıracaq. Qəsəbə təmsilçisi bu dəfə legioneri ilə yolları ayırır.

Futbolinfo.az xəbər verir ki, daha öncə Təmkin Xəlilzadə ilə vidalaşan “qartallar” indi də Toni Qomesin xidmətindən imtina edib.

Qvineya-Bisau millisinə dəvət alan 24 yaşlı hücumçu ilə 2 illik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Toni heyətə yayda cəlb olunmuşdu.

Shares: