Rusiyanın “Krasnodar” komandasının yeni baş məşqçisi açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisini bundan sonra Vladimir İviç çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Serbiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 46 yaşlı baş məşqçi bu vəzifədə Aleksandr Storojuku əvəzləyib.
Xatırladaq ki, “Qarabağ”ın futbolçusu Kadi Borgesin “Krasnodar”a keçəcəyi gözlənilir. Tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir. Ağdam klubunun bu keçiddən 5 milyon avro qazanacağı iddia olunur.