“Kəpəz” yanvarın 2-də qış istirahətini başa vuraraq məşqlərə başlayıb.

Futbolinfo.az xəbər verir ki, futbolçular gündə iki dəfə olmaqla hazırlıq keçirlər.

Məşqlər ayın 5-nə kimi Gəncədə olacaq. “Sarı-göylər” təlim-məşq toplanışı üçün yanvarın 7-də Türkiyəyə yollanacaqlar.

“Kəpəz” yeni transferlərini də təqdim edib. Belə ki, Gəncə klubu “Sabah”ın iki gənc futbolçusunu icarəyə götürdüyünü açıqlayıb. Abdulla Rzayev və İdris İnqilablı mövsümün sonuna kimi “Kəpəz”in şərəfini qoruyacaq. 20 yaşlı Rzayev müdafiəçi, 21 yaşlı İnqilablı isə yarımmüdafiəçi mövqeyində çıxış edir.

Shares: