Fransanın “Nant” klubu müdafiəçisi Fabio Pereyra da Silva ilə yolları ayırıb.

Futbolinfo.az xəbər verir ki, Braziliyadan olan 32 yaşlı futbolçu “Qremio”ya keçib.

Bu barədə klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Müdafiəçi Braziliya klubu ilə 2024-cü ilin dekabrına kimi müqavilə bağlayıb.

Fabio 2018-ci ilin yayından “Nant”ın uğurları üçün çalışırdı. O, bu komandada 98 oyun keçirib. Müdafiəçi daha öncə “Mançester Yunayted”, KPR, “Kardiff Siti” və “Midlsbro” kimi klubların da formasını geyinib, Braziliya millisində 2 matça çıxıb.

“Nant” sağ cinah müdafiəçisi Dennis Appya ilə də yollarını ayırıb. Fransadan olan 30 yaşlı futbolçu “Sent Etyen”ə keçib. O, yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb.

Appya isə 2019-cu ildən “Nant”ın uğurları üçün çalışırdı. Müdafiəçi bu komandanın heyətində 106 oyuna çıxıb.

Shares: