“Sumqayıt” 2022/23 mövsümünün ikinci yarısının hazırlığı üçün Türkiyəyə yollanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Antalyada qış təlim-məşq toplanışı keçirəcək “gənclik şəhəri” təmsilçisi yanvarın 18-dək qonşu ölkədə olacaq. Komanda hazırlıq prosesində iki yoxlama matçı keçirməyi planlaşdırır.

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Sumqayıt” yanvarın 25-də “Zirə”nin qonağı olacaq.

Xatırladaq ki, daha öncə “Qarabağ”, “Zirə”, “Neftçi” və “Qəbələ” də Türkiyəyə təlim-məşq toplanışına yollanmışdı.

Shares: