Rusiyanın “Krasnodar” klubunun “Qarabağ”dan transfer etdiyi Kadi Borgesin alacağı məvacib bəlli olub.
Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçunun yeni komandasında illik maaşı 2 milyon avro təşkil edəcək.
26 yaşlı oyunçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. “Qarabağ”ın bu transferdən 5 milyon avroluq gəlir götürməsi gözlənilir.
Kadi Borges bu mövsümün ilk yarısında “Qarabağ”ın heyətində bütün turnirlər çərçivəsində keçirdiyi 31 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.