Futbol üzrə Azərbaycan Birinci Divizionunda ilk dövrəyə yekun vurulub. Mövsümün ilk yarısında keçirdiyi bütün ev oyunlarını Saatlı Olimpiya Kompleksinin stadionunda keçirən “İmişli” 2023-ə evdə başlamaq istəyir.

Futbolinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Ruhid Usubov Heydər Əliyev adına İmişli şəhər stadionunun hazırki vəziyyəti haqqında məlumat verdi. O, ikinci dövrənin ev oyunlarını doğma arenalarında keçirmək niyyətində olduqlarını dedi.

Usubov qış fasiləsində bir sıra futbolçularla yollarını ayıracaqlarını və heyətə yeni oyunçuların cəlb olunması üçün əllərindən gələni etdiklərini bildirdi.

Qeyd edək ki, “İmişli” ilk dövrədə keçirdiyi 14 qarşılaşmada 13 xal toplayıb. Komanda hazırda turnir cədvəlinin 14-cü pilləsində qərar tutub.

BƏHRUZ MUSAYEV, İmişli

f59c82c9 dc48 4a9a a7e5 021a0a6f912e - Futbolinfo.az
Shares: